1039271 src

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TikTok sosial şəbəkəsinin xüsusilə gənclərin beyin fəaliyyətinə mənfi təsir göstərdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Moskvada keçirilən “AI Journey 2026” beynəlxalq konfransı çərçivəsində süni intellekt sahəsində çalışan gənc mütəxəssislərlə görüşündə danışıb.

Tokayev smartfonlardan istifadəyə münasibət bildirərkən TikTok-u xüsusi qeyd edib. Onun sözlərinə görə, bu platforma insanların, xüsusilə də gənclərin beyin fəaliyyətinə zərər vurur.

“TikTok dəhşətli bir şeydir, insanın beynini məhv edir”, – deyə Qazaxıstan Prezidenti vurğulayıb.

Bununla yanaşı Tokayev rəqəmsal texnologiyaların düzgün istifadəsinin iqtisadi imkanlar yaratdığını bildirib. Onun sözlərinə görə, internetə çıxışı olan ucqar kəndlərdə yaşayan insanlar belə smartfonlar vasitəsilə gəlir əldə edə bilərlər.

Prezident əhalinin rəqəmsal bacarıqlarının artırılmasının vacibliyini qeyd edərək, müasir texnologiyalar vasitəsilə qanuni gəlir əldə etmək imkanlarının genişləndirilməsini vacib sayıb. O, bunu “xalqın rəqəmsal iqtisadiyyatı” adlandırıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: