Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı çağırışını tənqid edib.
Globalinfo.az xəbər verir ki, Zaxarova bunu suveren dövlətin daxili işlərinə açıq müdaxilə kimi qiymətləndirib.
“Konstitusiya ilə bağlı qərarları yalnız Ermənistan xalqı verməlidir, kənardan heç bir göstərişə ehtiyac yoxdur. Almaniyanın bu məsələdə mövqeyi yersizdir”, – deyə Rusiya XİN rəsmisi bildirib.
Zaxarova, həmçinin Vadefulun Bakı və İrəvanın Avropa İttifaqı ilə yaxınlaşmasına dair açıqlamalarını da şərh edib. O, Moskvanın bu bəyanatların arxasında Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq cəhdini gördüyünü bildirib.
Qeyd edək ki, noyabrın 21-də Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycanla sülh sazişinin yekun imzalanması üçün Ermənistanın mövcud Konstitusiyasını dəyişməli və ya yeni Konstitusiya qəbul etməli olduğunu açıqlayıb. Bununla yanaşı, o, bu qərarın Ermənistanın daxili işi olduğunu vurğulayıb.
Əliyar Xəlil