6b05722d5be206b05722d5be2117955190216b05722d5be1e6b05722d5be1f

Rusiyanın bir neçə şəhərində nümayişi nəzərdə tutulan Ermənistan istehsalı “Monte” filminin təqdimatı baş tutmayacaq. 

Globalinfo.az xəbər verir ki, bu barədə filmin istehsalçısı olan “Genetic Production” şirkəti açıqlama yayıb.

Buna səbəb Rusiya tərəfindən tətbiq edilən qadağadır.

Şirkət nümayəndələri bildiriblər ki, dekabrın 5-də Moskvadakı “Oktyabr” kinoteatrında keçirilməsi planlaşdırılan premyeranın ləğvi onların iradəsindən kənar səbəblərlə bağlıdır.

Xatırladaq ki, filmdə əsas obraz kimi erməni terror təşkilatı ASALA-nın rəhbərlərindən olmuş Monte Melkonyanın həyatı təqdim edilir. O, Qarabağda azərbaycanlılara qarşı törədilən qırğınlarda iştirakı ilə tanınır və Ermənistanda milli qəhrəman elan edilib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: