1037594 src

Ermənistan Azərbaycan və Türkiyənin enerji sistemlərinə qoşulmağı planlaşdırır. Bu məsələ TRIPP layihəsinin əsas istiqamətlərindən biri kimi nəzərdə tutulur.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Digitec 2026” tədbiri çərçivəsində keçirilən açıq müzakirədə açıqlama verib.

Onun sözlərinə görə, Ermənistanın elektrik şəbəkəsi hazırda İran və Gürcüstanın enerji sistemləri ilə əlaqəlidir. Rəsmi İrəvan elektrik enerjisinin ötürülməsinin səmərəliliyini artırmaq üçün investisiyalar yatırır.

Paşinyan bildirib ki, TRIPP layihəsi çərçivəsində enerji və elektrik enerjisinin tranziti də prioritet istiqamətlərdən olacaq. Bu məqsədlə Ermənistanın enerji sisteminin Azərbaycan və Türkiyənin elektrik şəbəkələri ilə birləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, müzakirələrdə NVIDIA şirkətinin vitse-prezidenti Rev Lebaredyan da iştirak edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: