owl detail 620 a0acfb76501c459b6ac145e32611f69f

FIFA 2026-cı il Dünya Çempionatında İran milli komandasının baza düşərgəsinin ABŞ-dan Meksikaya köçürülməsini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının prezidenti Mehdi Tac bildirib.

O deyib ki, mundialda iştirak edən bütün komandaların baza yerləri FIFA tərəfindən əvvəlcədən təsdiqlənməlidir:

“İranın müraciəti qəbul olunub. Qərara əsasən, İran millisi turnir zamanı Meksikanın Tijuana şəhərində yerləşəcək. Bu dəyişiklik komandanın səfər və logistika baxımından hərəkətini daha da asanlaşdıracaq”.

Bununla belə, İran yığması qrup mərhələsindəki oyunlarını ABŞ-da keçirəcək.

Komanda 16 iyunda Los-Ancelesdə Yeni Zelandiya, 21 iyunda Belçika və 27 iyunda Sietldə Misir milli komandası ilə qarşılaşacaq.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: