mehemmed

ABŞ artıq Tehrana qarşı beynəlxalq dəstək formalaşdırmaq imkanını itirib.

Globalinfo.az xəbər verir ki, bunu İranın Ali rəhbərinin müşaviri Məhəmməd Müxbir yazıb.

Şençjen sammitinin nəticələrini şərh edən Müxbir Çin, Rusiya və ABŞ liderlərinin üçtərəfli görüşünün regiona mühüm mesaj ötürdüyünü bildirib. Onun sözlərinə görə, Vaşinqtonun artıq İrana qarşı digər ölkələri bir araya gətirmək potensialı əvvəlki kimi deyil.

Müxbir həmçinin Fars körfəzi və Hörmüz boğazının təhlükəsizliyinin Tehran üçün dəyişməz “qırmızı xətt” olduğunu vurğulayıb. O bildirib ki, sözügedən təhlükəsizliyin təmin edilməsi İran İslam Respublikasının irəli sürdüyü yeddi fundamental şərtin yerinə yetirilməsindən asılıdır.

Paylaş: