
Amerikalı biznesmen İlon Mask Respublikaçılar Partiyasına seçkilərdə dəstək üçün xərclədiyi 500 milyon dollara görə peşman olduğunu etiraf edib.
Globalinfo.az xəbər verir ki, bu barədə xarci KİV məlumat yayıb.
Sahibkarın sözlərinə görə, ABŞ-da keçirilən aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyəti onun siyasi kampaniyaya ayırdığı böyük maliyyə vəsaitinin nəticələrini yenidən dəyərləndirməsinə səbəb olub:
“Respublikaçılar bu aralıq seçkilərdə məğlub oldular. Düşünürəm ki, bu qədər pul xərcləyib əvəzində heç nə əldə etmədiyim üçün özümü bir qədər axmaq kimi hiss edirəm. Hərçənd, bəlkə də, bu vəsaiti yatırmasaydım, vəziyyət daha pis olardı”, – Mask bildirib.
Safura Bənnayeva
Globalinfo.az