2 11

İran hipersəs xüsusiyyətlərinə malik “Fəttah” raketlərinin buraxılışını həyata keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, raketlər ABŞ-ın hərbi bazaları istiqamətində atılıb.

“Fəttah” ortamənzilli ballistik raketlər kateqoriyasına daxildir və rəsmi Tehranın iddiasına görə, hipersəs xüsusiyyətlərinə malikdir. Bildirilir ki, bu raketlər təxminən 13–15 Max (yəni səs sürətindən 13–15 dəfə çox) sürət yığa bilir, uçuş trayektoriyasında manevr etmək qabiliyyətinə malikdir və müasir hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilməsi daha çətindir.

Raketlərin uçuş məsafəsinin təxminən 1400 kilometrə çatdığı qeyd olunur ki, bu da uzaq məsafədə yerləşən hədəflərin vurulmasına imkan yaradır.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: