Marko Rubio

“ABŞ administrasiyası İranın Vaşinqtona mümkün hücumuna hazırlaşdığına dair heç bir əlamət görmür”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Manilada jurnalistlərlə söhbəti zamanı deyib.

“Bu məlumatları şərh etmək belə istəmirəm, çünki belə informasiyaları haradan əldə etdiyinizi bilmirəm”, – deyə o bildirib.

Rubio əlavə edib: “Əgər söhbət kəşfiyyat məlumatlarından gedirsə, onlar məxfi olardı. Əminəm ki, sistemlərimiz bu cür halları vaxtında aşkar etməyə imkan verir. Hər hansı bir birbaşa təhlükənin olduğunu düşünmürəm”.

O, bu mövzuda KİV-də yayılan xəbərlərin onu narahat etmədiyini də vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: