zelenski 1

“Ukrayna ordusunun Krım körpüsünə endirdiyi zərbə bir neçə həftə davam edən hazırlıq prosesinin nəticəsi olub. Hücum xüsusi əməliyyatın yeddinci mərhələsi çərçivəsində reallaşdırılıb”.

Globalinfo.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, əməliyyatın planlaşdırılması və koordinasiyası Ukrayna Təhlükəsizlik Xidməti (UTX) ilə Silahlı Qüvvələrin Baş Qərargahı tərəfindən həyata keçirilib.

Zelenski əməliyyat çərçivəsində “Dovbuş”, “Vendetta”, “Da Vinci”, “MİCH 2000”, “Ruta”, “Palyanitsa”, An-197, FP-1, FP-5 “Flamingo” və R-360 “Neptun” sistemlərinin tətbiq edildiyini açıqlayıb.

Onun sözlərinə əsasən, Krım körpüsünün avtomobil yolu hissəsi “Palyanitsa” pilotsuz uçuş aparatlarının, dəmir yolu infrastrukturu isə “Neptun” raketləri, “Ruta” və FP-5 vasitələrinin hədəfinə çevrilib.

Ukrayna Prezidenti bu əməliyyatı görünməmiş hadisə kimi qiymətləndirib. O, prosesdə iştirak edən UTX əməkdaşlarına, Müdafiə Qüvvələrinin müvafiq bölmələrinə, müdafiə nazirinə, Silahlı Qüvvələrin baş komandanına və Baş Qərargah rəhbərliyinə təşəkkürünü çatdırıb.

Zelenski əlavə edib ki, əsas hədəfə çatmaq üçün əvvəlcə bir neçə mərhələdən ibarət əməliyyat həyata keçirilib. Bu müddətdə Ukrayna qüvvələri hava hücumundan müdafiə komplekslərini, radar qurğularını, radioelektron mübarizə sistemlərini və əvvəlcədən müəyyənləşdirilmiş digər obyektləri sıradan çıxarıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: