maduro 11

ABŞ həbsxanasında saxlanılan Venesuelanın keçmiş prezidenti Nikolas Maduro din və fəlsəfə ilə maraqlanmağa başlayıb.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, o, asudə vaxtının böyük hissəsini Bibliya və “Quran” oxumağa, müxtəlif dini konfessiyaların nümayəndələri ilə görüşməyə sərf edir.

“The New York Times” nəşrinin yaydığı məlumata görə, 63 yaşlı siyasətçi mütəmadi olaraq həbsxananın dini xidmət nümayəndələri ilə söhbətlər aparır. Onun ünsiyyətdə olduğu şəxslər arasında katolik keşiş və ravvin də var.

Həbsdə olduğu müddətdə keçmiş prezidentin çəkisi də nəzərəçarpacaq dərəcədə azalıb. Bunu qismən həbsxanada təqdim olunan qidalarla əlaqələndirirlər. Belə ki, Maduro yeməklərin keyfiyyətindən dəfələrlə narazılıq edib. O, saxlanılana qədər xüsusi pəhriz saxlayırmış.

Maduronun həyat yoldaşı Siliya Floresin vəziyyəti isə daha mürəkkəbdir. O da Bruklindəki eyni istintaq təcridxanasında saxlanılır.

Məhkəmə sənədlərinə əsasən, Flores 11 kiloqramdan çox çəki itirib. Onun vəkilləri qadının yay aylarında infarkt keçirmiş ola biləcəyini istisna etmirlər. Bundan başqa, Flores üç ay müddətində təkadamlıq kamerada saxlanılıb.

Qeyd edək ki, Nikolas Maduro və həyat yoldaşı 2026-cı il yanvarın 3-də ABŞ hərbçilərinin Karakasda keçirdiyi əməliyyat zamanı saxlanılaraq Birləşmiş Ştatlara aparılıblar. Onlara narkoterrorizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı ittihamlar irəli sürülüb. Hər iki şəxs ittihamları rədd edir.

Məhkəmə prosesinin başlanması 2027-ci il iyunun 1-nə təyin olunub.

Paylaş: