Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb.
DİN mətbuat xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəlif vaxtlarda şəhər ərazisində yerləşən digər obyektlərə də daxil olaraq talama cinayətləri törədib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.