2026 06 26T010610Z 1536364389 RC29VKATMXP1 RTRMADP 3 ISRAEL CRISIS RUBIO VANCE 1024x698 1

ABŞ-da 2028-ci il prezident seçkiləri ilə bağlı siyasi mübarizənin ilkin konturları indidən görünməyə başlayıb. Prezident Donald Trampın xarici siyasətindən narazı olan qüvvələri ətrafında birləşdirməyə çalışdığı iddia edilən vitse-prezident Cey Di Vensin mövqeyi diqqət çəkir.

Xarici mediada yayılan məlumatlara görə, Vens Trampı İranla müharibəni dayandırmaq və Tehranla razılaşma əldə etmək istiqamətində addım atmağa təşviq edir. Bu isə onun gələcək siyasi ambisiyaları ilə yanaşı, Tramp administrasiyasının İran siyasətindəki fikir ayrılıqlarını da gündəmə gətirir.

Bəs Cey Di Vens 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi ola bilərmi? Trampın xarici siyasətindən fərqli mövqe sərgiləməsi ona seçkilərdə üstünlük qazandırarmı?

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov bildirib ki, ABŞ-ın siyasi sisteminə əsasən, aralıq seçkilər prezident seçkilərindən iki il sonra keçirilir:

“Aralıq seçkilərindən sonra prezident seçkilərinə qeyri-rəsmi start verilir. Bu ərəfədə nəzərə almaq lazımdır ki, Tramp növbəti dəfə prezidentliyə namizəd ola bilməyəcək. Beləliklə, Respublikaçılar Partiyasında növbəti prezidentliyə kimin namizəd olacağı sualı yaranır. Bu vəzifəyə layiqli namizəd kimi təqdim olunmaq istəyən şəxslər fəallaşıblar. Həm dövlət katibi Marko Rubio, həm də vitse-prezident Cey Di Vens aktivləşib.

İran müharibəsi ABŞ üçün ciddi problemlər yaradıb. Bu, həm geosiyasi baxımdan, həm də Respublikaçılar Partiyasının aralıq seçkilərindəki məğlubiyyəti baxımından mühüm amildir. Belə vəziyyətdə partiya daxilində parçalanma baş verə bilər. Hazırda bu istiqamətdə rəqabət mövcuddur.

WhatsApp Image 2026 03 10 at 16.38.22
Fərhad Məmmədov

Amma nəzərə almaq lazımdır ki, yaxın iki il ərzində əsas qərarı Tramp verəcək. Respublikaçılar daxilində hansı siyasi qüvvə Trampın gələcək fəaliyyətində və təhlükəsizliyində ona zəmanət verə biləcəksə, o da həmin istiqamətdə addım atacaq.

Qarşıdakı iki il ərzində hələ çox şey baş verəcək. Tramp öz siyasətini həm şəxsi maraqlarına, həm də onu dəstəkləyən siyasi və maliyyə qruplarının maraqlarına uyğun həyata keçirəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: