“OBA” marketlər şəbəkəsində “SHAH çayı al, OBA-dan hədiyyə qazan” lotereyası başladı.
Globalinfo.az bildirir ki, dekabrın 31-dək davam edəcək lotereya çərçivəsində müştərilərə ümumilikdə 80 hədiyyə və hər biri 5 000 AZN olmaqla 2 pul mükafatı təqdim olunacaq.
Lotereyada iştirak etmək üçün “OBA” mağazalarından 100, 200 və 400 qramlıq SHAH Gold, Earl Gray və Supreme çay çeşidlərindən, eləcə də 25 ədədli SHAH paket çay növlərindən minimum 3 AZN-lik alış-veriş etmək kifayətdir.
Şans əldə etmək üçün müştərilər qeyd olunan məhsulları alarkən OBAPlus mobil tətbiqini kassada oxutmalı və ya qəbzdəki ƏDV QR kodunu tətbiqdəki xüsusi qeydiyyat düyməsi vasitəsilə oxutmalıdırlar.
Lotereyaya daxil olan SHAH çaylarına xərclənən hər tam 3 AZN müştəriyə 1 şans qazandırır. Məsələn, bir alış-verişdə həmin məhsulların ümumi məbləği 7,50 AZN olduqda müştəri 2 şans əldə edir.
Səkkiz tirajdan ibarət lotereyanın hədiyyələri sırasında 8 ədəd iPhone 17 (256 GB, qara rəng), 8 ədəd robot tozsoran, 8 ədəd Tefal fritözü, 24 ədəd OBAPlus bonus kartı və 16 ədəd çaydan və fincan dəsti yer alır.
Xüsusi tirajlarda isə hər biri 5 000 AZN olmaqla 2 pul mükafatı, həmçinin 4 ədəd Samsung 50 düymlük televizor, 4 ədəd Lenovo planşet, 4 ədəd qazan dəsti və 4 ədəd səhər yeməyi dəsti oynanılacaq.
Müştərilər dekabrın 31-dək OBA mağazalarından qeyd olunan SHAH çaylarını alaraq lotereyaya qoşula və hədiyyələr qazanmaq şansı əldə edə bilərlər.
