irevan 1bina

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası müvafiq gündəliyi təsdiqlədiyi təqdirdə, təşkilatın Nizamnaməsinin 25-ci maddəsinin Ermənistana tətbiqi məsələsini müzakirə edə bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Talatbek Masadikov jurnalistlərə açıqlamasında bildirib.

“Bu il, əgər ayın 10-da gündəlik təsdiqlənərsə, həmin məsələ Kollektiv Təhlükəsizlik Şurasının iclasında müzakirə olunacaq. İştirakın dayandırılması barədə qərar Ermənistanın öz qərarıdır. Ölkələrimizin rəhbərlərinin Kollektiv Təhlükəsizlik Şurasının qərarı isə KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasından sonra məlum olacaq, – deyə Masadikov qeyd edib.

O deyib ki, Rusiya Ermənistanla bağlı KTMT Nizamnaməsinin 25-ci maddəsinin tətbiqinə dair qərar layihəsi təqdim edib:

“Bu, üzvlük haqlarına və belə demək mümkündürsə, təşkilatın fəaliyyətində iştiraka, daha doğrusu, artıq üçüncü ildir ki, iştirak etməməyə aiddir”.

KTMT Nizamnaməsinin 25-ci maddəsində qeyd olunur ki, “təşkilata üzv dövlətlərin təşkilatın büdcəsi qarşısında öhdəliklərini iki il ərzində yerinə yetirməməsi halında Şura həmin dövlətin vətəndaşlarının təşkilat çərçivəsində kvota üzrə vəzifələrə namizəd göstərilməsi hüququnun dayandırılması, eləcə də təşkilatın orqanlarında səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Bu məhdudiyyətlər borc tam ödənilənədək qüvvədə qalır.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: