kollecler 221

Peşə, orta ixtisas və ali təhsil müəssisələrində vahid geyim tələblərinin tətbiqi məsələsinə münasibət bildirilib.

Globalinfo.az bildirir ki, bu barədə APA-ya müsahibəsində elm və təhsil nazirinin müavini Firudin Qurbanov fikirlərini bölüşüb.

    O qeyd edib ki, hazırda söhbət konkret olaraq yalnız dövlət ümumi təhsil müəssisələrinin təhsilalanları və təhsilverənləri üçün müəyyən edilmiş geyim Qaydalarından gedir:

    “Hazırda adı çəkilən təhsil müəssisələrində təhsilalanların vahid geyim tələblərinin tətbiqi məsələsi nəzərdə tutulmur”.

    Paylaş: