WhatsApp Image 2026 01 08 at 15.16.11

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Kristine Vardanyan Baş nazir Nikol Paşinyanın yeni Konstitusiyanın qəbulu ilə bağlı açıqlamalarına münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

“Paşinyan bir tərəfdən müxalifətin heç bir təsir və rolunun olmadığını bəyan edir, digər tərəfdən isə müxalifət yeni Konstitusiyanın qəbuluna razılaşmadığı üçün vətəndaşlardan təzyiq vasitəsi kimi istifadə etməyə çalışır”, – deyə Vardanyan deyib.

Deputatın sözlərinə görə, hakimiyyət vətəndaşları müxalifətə qarşı səfərbər edərək onu təzyiq altında saxlamağa və razılıq verməyə məcbur etmək istəyir:

“Paşinyan bütün təzyiqlərə baxmayaraq, onunla razılaşmayan müxalifətin mövcudluğuna özü də təəccüblənir”.

Xatırladaq ki, Paşinyan bu gün yeni Konstitusiyadan danışıb. O, bəyan edib ki, əgər parlament müxalifəti yeni Konstitusiyanın qəbuluna qarşı çıxaraq prosesi əngəlləsə, bu, onun Azərbaycanla yekun və hərtərəfli sülhün əleyhinə olduğu anlamına gələcək. Baş nazir belə bir vəziyyətdə müxalifətə qarşı ictimai təzyiqin formalaşacağını və hakim çoxluğun bu prosesə rəhbərlik etməli olduğunu bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: