“Rusiya Prezidenti Vladimir Putin Fransa lideri Emmanuel Makron və Almaniya kansleri Fridrix Merzlə telefon danışığı aparmağa hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Yunaşev Live” Telegram kanalına açıqlamasında deyib.
Jurnalist Kreml nümayəndəsindən soruşub ki, Makron və ya Merz Putinə zəng etsə, Rusiya lideri necə davranacaq.
Peskov cavabında bildirib: “O da telefonu götürəcək. Putin hamı ilə dialoqa açıqdır”.
Ukrayna Prezidenti Volodimir Zelenskinin də zəng edəcəyi təqdirdə Putinin onunla danışıb-danışmayacağı barədə suala isə, Peskov “Hələ ki, heç kim zəng etməyib” cavabını verib.
Qeyd edək ki, oktyabrın 27-də Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qahr Störe Putinlə telefon danışığı aparıblar.
Əliyar Xəlil
Globalinfo.az