Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında oktyabrın 30-da Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində təkbətək görüş olub.
Globalinfo.az bildirir ki, hökumət başçıları Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın müxtəlif aspektlərini, ikitərəfli gündəlikdə duran aktual məsələləri və ikitərəfli əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.
Qeyd edək ki, görüşdən sonra iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasının keçirilməsi nəzərdə tutulur.
***10:10
Gürcüstanın Siqnaxi şəhərində Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında təkbətək görüş keçirilir.
Globalinfo.az xəbər verir ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlıq məsələləri müzakirə olunur.
Görüşdən sonra Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın XI iclası başlayacaq.

