
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ ilə danışıqlar prosesində irəliləyiş əldə etməyin əsas şərtini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, parlament spikeri sosial media hesabında etdiyi paylaşımda Tehranın tələblərinin vasitəçilər vasitəsilə qarşı tərəfə dəfələrlə və aydın şəkildə çatdırıldığını bildirib.
Qalibaf Vaşinqtonun təzyiq siyasətinə toxunaraq vurğulayıb ki, “yerkökü və çubuq” yanaşması İrana təsir etmək gücündə deyil.
O qeyd edib ki, danışıqlar masasında hər hansı irəliləyiş yalnız Tehranın irəli sürdüyü yeddi şərt tam yerinə yetirildikdən sonra mümkün ola bilər.
Tahir Turan
Globalinfo.az