Nərimanov rayonunda, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində iki yük avtomobilinin toqquşması ilə yolda yaranan məhdudiyyət aradan qaldırılıb.
Globalinfo.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
***23:39
Nərimanov rayonunda, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yük avtomobili qəza törədib.
Globalinfo.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Hazırda yük avtomobilinin ərazidən kənarlaşdırılması və nəqliyyatın hərəkətinin bərpası məqsədilə polis zəruri tədbirlər görür.