bb7tBoo6d8jFzH9f0dD4o6XooGQLIdVGHRzdRLUA 1200

“Google”un sahibi olan ABŞ-nin “Alphabet” texnologiya şirkətinin bazar kapitallaşması bir sutka ərzində 477 milyard dollar azalıb, bu da onun tarixindəki ən böyük azalma olub.

Globalinfo.Az xəbər verir ki, bunu “Nasdaq” birjasındakı hərrac məlumatları göstərir.

Bakı vaxtı ilə saat 20:30-a olan məlumata görə, şirkətin bazar kapitallaşması əvvəlki gün qeydə alınan 3,936 trilyon dollarla müqayisədə 3,459 trilyon dollar təşkil edib.

Bu vaxta qədər “Alphabet”in səhmləri 12,07 % ucuzlaşaraq bir səhm üçün 283,04 dollara düşüb.

Səhmlərin qiymətindəki eniş “Google”un 2026-cı ilin üçüncü rübü üzrə maliyyə hesabatını açıqlamasından sonra baş verib. Hələ əsas hərraclar başlamazdan əvvəl şirkətin səhmləri 10 %-dən çox dəyər itirirdi.

“Bloomberg”in məlumatına görə, “Google”un baş kommersiya direktoru Filipp Şindler bildirib ki, süni intellektin “AI Mode” rejiminin artan populyarlığı şirkətin maliyyə nəticələrinə mənfi təsir göstərib.

Şirkətin rüblük gəliri 111,2 milyard dollar təşkil edib ki, bu da analitiklərin gözləntilərindən aşağıdır. “YouTube”un reklam gəlirləri də proqnozları doğrultmayaraq 11,2 milyard dollar olub.

Paylaş: