tailormade and group tour iran highlight tehran 1 900x600 1

Avstraliya hökuməti öz vətəndaşlarını İrandakı təhlükəsizlik vəziyyətini nəzərə alaraq ölkəni dərhal tərk etməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, Avstraliyanın Xarici İşlər və Ticarət Nazirliyinin oktyabrın 29-da yenilənmiş səyahət xəbərdarlığında İranda təhlükəsizlik vəziyyətinin son dərəcə qeyri-sabit olduğu bildirilib.

Qurum regionda baş verən hərbi zərbələr və cavab hücumları fonunda vəziyyətin daha da gərginləşməsi riskinin qaldığını vurğulayıb.

Avstraliya tərəfi İranda olan vətəndaşlara təhlükəsiz şəkildə ölkədən çıxmaq imkanı varsa, müvafiq variantları nəzərdən keçirməyi tövsiyə edib. Bununla yanaşı, hava limanlarının və aviaşirkətlərin fəaliyyətinin əvvəlcədən xəbərdarlıq edilmədən dəyişə və ya dayandırıla biləcəyi qeyd olunub.

Bildirilib ki, ölkəni tərk etməyi planlaşdıran şəxslər yola çıxmazdan əvvəl təhlükəsizlik vəziyyətini, uçuşların statusunu və sərhəd-keçid məntəqələrinin fəaliyyətini yoxlamalıdırlar.

Tahir Turan
Globalinfo.az

Paylaş: