7a5c8595 1695 41d8 bdc9 f4a777bcfadb

Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) sammiti ərəfəsində salınan “Beştəpə Millət Ormanı” və “Türk Dövlətləri Mədəniyyət Parkı” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və təşkilata üzv ölkələrin dövlət başçılarının iştirakı ilə istifadəyə verilib.

Globalinfo.Az Oxu.Az-a istinadən xəbər verir ki, mərasimdən sonra xatirə fotosu çəkdirilərkən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xanımı Ziroat Mirziyoyevanın sırğasının yerə düşdüyünü görüb.

Azərbaycanın xarici işlər naziri nəzakətli jest edərək sırğanı yerdən götürüb və Ziroat Mirziyoyevaya təqdim edib. Onun bu jesti mərasim iştirakçıları tərəfindən xoş qarşılanıb.

Həmin görüntüləri təqdim edirik:

Paylaş: