Bakıda keçirilən “PATA Hosted Buyers Summit Baku 2026” çərçivəsində Azərbaycan Turizm Bürosu ilə PATA arasında anlaşma memorandumu imzalanıb.
Globalinfo.az xəbər verir ki, sənədi Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və PATA-nın baş icraçı direktoru Nur Əhməd Həmid imzalayıblar.
Memorandum Asiya-Sakit Okean regionunda Azərbaycan haqqında məlumatlılığın artırılması və ölkənin turizm imkanlarının tanıdılması, eləcə də turizm sektorunun digər maraqlı tərəfləri arasında təcrübə və məlumat mübadiləsinin gücləndirilməsini nəzərdə tutur.
Ləman İmran
Globalinfo.az

