ete turqiayi het paterazmakan n374693 1

“Rusiyanın 102-ci hərbi bazası Gümrüdə heç bir təhlükəsizlik problemini həll etmir, müəyyən mənada iqtisadi fəaliyyətə səbəb olur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Mülki Müqavilə” partiyasından olan deputatı Sarik Minasyan deyib.

“Amma burada bir məsələ də var: hərbi bazanın zabitləri əmlak vergisindən azaddırlar, nəqliyyat vasitələri var, vergi ödəmirlər. Əgər Rusiya hərbi bazanı geri çəkmək qərarına gəlsə, mən problem görmürəm”, – o qeyd edib.

Türkiyə ilə mümkün müharibə ssenarisinə toxunan deputat bildirib ki, apardığı araşdırmalara əsasən, 102-ci hərbi baza belə bir vəziyyətdə cəmi 20 dəqiqə müqavimət göstərə bilər.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: