Oqtay Dilare esas

Dilarə Əliyeva mərhum əri Oqtay Əliyevin vəfatından sonra həyatındakı dəyişikliklərdən danışıb.

Globalinfo.az axşam.az-a istinadən xəbər verir ki, Əməkdar artist prodüserin ölümündən sonra daha çox parlamasını sosial şəbəkələrlə əsaslandırıb.

O bildirib: “Oqtay Əliyev dünyada olanda 5 aparıcıdan biri idim. Dilarəni ulduz etdi, meydan yaratdı, xalqa tanıtdı. Layihələr, filmlər Oqtayın prodüserliyi ilə ərsəyə gəldi. O vaxt yutub, instaqram, “TikTok” yox idi. İndikindən də çox çalışırdım. İndi isə gördüyün işi min səhifə paylaşır. Camaatın qarşısına çıxırsan və elə düşünürlər ki, daha çox parlayırsan.

Gözəlləşməyə gəlincə, 2015-ci ildə arıqlamışdım, gözəl fotosessiya etmişdim. Sadəcə, instaqrama iki ildir gəlmişəm. Paylaşımlar edirəm”.

Xatırladaq ki, Oqtay Əliyev 2023-cü il martın 22-də baş vermiş ağır avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Paylaş: