kisi

“People” jurnalı amerikalı aktyor Noah Uaylı 2026-cı ilin ən seksual kişisi elan edib.

Globalinfo.az xəbər verir ki, jurnalın bu seçimi sosial şəbəkələrdə tənqidlərə səbəb olub.

Belə ki, “ER” (“Təcili yardım”) və “The Pitt” (“Pitt xəstəxanası”) seriallarında baş rolları canlandıran 55 yaşlı aktyor “Hazırda yaşayan ən seksual kişilər” reytinqində birinci yeri tutub.

Redaktorların seçimi sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb. Bir çoxları Uaylin bu ada layiq görülməsindən narazılıqlarını bildiriblər.

İstifadəçilərin şərhlərində bunlar qeyd olunub: “O, heç həyatda ən seksual kişi də deyil”,  “Düzünü deyin, sizə pul ödəyib?”, “Fikrinizi dəyişmək üçün hələ gec deyil”,  “Nə qəribə zövqünüz var”, “O, ilin ən seksual kişisi olmaqdan çox uzaqdır”.

Qeyd edək ki, 2025-ci ildə bu ada britaniyalı aktyor Jonathan Bailey layiq görülmüşdü.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: