Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın energetika sektoru da daxil olmaqla, bir sıra sahələrdə ölkəsinin etibarlı tərəfdaşı olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, Putin Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirib.
“Azərbaycan bir çox istiqamətlərdə, o cümlədən energetika sahəsində sabit və yaxşı tərəfdaşımızdır”, – deyə Rusiya lideri vurğulayıb.
Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə mütəmadi və fəal təmasda olduğunu da qeyd edib.
Bildirilib ki, liderlər arasında aparılan müzakirələrdə, xüsusilə energetika sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzindədir.
Əliyar Xəlil,