Siyasi şərhçi, “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov “Azəriqaz” İstehsalat Birliyindən şikayətçidir.
Globalinfo.az xəbər verir ki, o, bu haqda yaydığı bəyanatda bildirib.
A. Abdulkərimov may ayından etibarən qurumun özbaşınalığı ilə üzləşdiyini və sahibkarlıq fəaliyyətini həyata keçirə bilmədiyini bildirib:
“May ayından indiyə kimi “Azəriqaz” İstehsalat Birliyinin özbaşınalığı ilə üz-üzəyəm. Bu günə qədər səbirlə dözdüm, bütün mümkün vasitələrdən istifadə etdim, amma xeyri olmadı. Son olaraq belə qərara gəldim ki, “Azəriqaz”da Azərbaycan qanunları deyil, hansısa yazılmamış qanunlar daha üstündür.
Nəzərinizə çatdırım ki, baş verən özbaşınalıqlarla bağlı sabah saat 12:00 da mətbuat üçün geniş açıqlama verəcəm”.