Rusiyanın Tehrandakı səfirliyi öz diplomatları və mütəxəssislərinin İrandan təxliyəsi ilə bağlı yayılan məlumatları təkzib edib.
Globalinfo.az-ın xəbərinə görə, diplomatik nümayəndəliyin bəyanatında bildirilib ki, bəzi qərəzli media orqanlarında Rusiya səfirliyinin əməkdaşlarının və Buşehr Atom Elektrik Stansiyasında çalışan mütəxəssislərin İrandan çıxarılması ilə bağlı xəbərlər yayılır.
Səfirlik vurğulayıb ki, nə diplomatik nümayəndəliyin əməkdaşları, nə də Buşehr AES-də çalışan rusiyalı mütəxəssislər İranı tərk edirlər.
Bəyanatda qeyd olunub ki, səfirlik fəaliyyətini adi qaydada davam etdirir. Diplomatik nümayəndəlik yayılan əks məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Əliyar Xəlil