“İrana qarşı əməliyyatlar başa çatdıqdan sonra Kuba ilə bağlı məsələni həll edəcəyik”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp ara seçkilər üçün Floridada keçirilən kampaniya mitinqində çıxış edərkən deyib.
Tampın sözlərinə görə, Amerika gəmiləri İrandan qayıdarkən Kubanın yanından keçəcək və onlardan biri sahildən təxminən 50 metr aralıda dayanacaq.
“İşi bitirmək üçün Marko Rubionu ora göndərəcəyik”, – o bildirib.
Əliyar Xəlil
Globalinfo.az