zelenski 1 900x506 1

“Mən ABŞ Prezidenti Donald Trampla oyun oynamıram. Rusiya Prezidenti Vladimir Putinlə aramdakı fərq budur”. 

Globalinfo.az xəbər verir ki, bunu Ukrayn Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, Kiyevin Vaşinqtonla siyasətində heç vaxt siyasi teatr olmayacaq: 

“Onlar bizim münasibətimizi bilməlidirlər və ABŞ-ın bizə qarşı münasibətinə hörmətlə yanaşırıq. Bu, bir-birimizə aparan qısa bir yoldur. Həqiqətən də  ailədə olduğu kimi, dürüst olmaq lazımdır. Oyun oynamayın. Mən Trampla oyun oynamıram. Mənimlə Putin arasındakı fərq budur. Onunla heç bir oyun oynamıram. Sadəcə dürüstəm”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: