pisik muellim

Türkiyədə köməksiz vəziyyətdə qalan pişiyi xilas etmək istəyən 45 yaşlı müəllim həyatını itirib.

Globalinfo.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə Bursa Vilayətinin Osmangazi rayonunda qeydə alınıb.

Belə ki, müəllim Şahin T. pişik balasını xilas etmək istəyərkən 3-cü mərtəbənin eyvanındakı dəmir məhəccər qırılıb. Nəticədə o yerə çırpılıb.

Müəllim dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Paylaş: