Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov oktyabrın 23-də Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin səmimi salamları və Azərbaycan–Türkiyə qardaşlığının müdafiəsi istiqamətində nümayiş etdirdiyi prinsipial mövqeyə və dəstəyə görə təşəkkürü Dövlət Bağçalıya çatdırılıb.
Səfir türk dünyasının birliyi və həmrəyliyinin gücləndirilməsi istiqamətində səylərin Azərbaycanda yüksək qiymətləndirildiyini vurğulayıb.
Dövlət Bağçalı Prezident İlham Əliyevin göstərdiyi diqqətə və təşəkkürünə görə minnətdarlığını ifadə edib, ona səmimi salamlarının çatdırılmasını xahiş edib və hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
O, Azərbaycan–Türkiyə qardaşlığının qorunmasının və həmrəyliyin gücləndirilməsinin bütün türk dünyasının ortaq gələcəyi baxımından strateji əhəmiyyət daşıdığını bildirib. Dövlət Bağçalı ölkələrimiz arasında münasibətlərin bundan sonra da qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, etimad və qardaşlıq prinsipləri əsasında inkişaf edəcəyinə inamını ifadə edib.
Büyükelçi Sayın @Rashadaslan, 23 Ekim 2026 tarihinde Milliyetçi Hareket Partisi (MHP) Genel Başkanı Sayın Devlet Bahçeli’yi ziyaret etti.
Büyükelçi, Cumhurbaşkanı Sayın İlham Aliyev’in samimi selamlarını ve Azerbaycan-Türkiye kardeşliğinin savunulması yönünde sergilediği ilkeli duruş ve verdiği destek dolayısıyla teşekkürlerini MHP Genel Başkanı Sayın Devlet Bahçeli’ye iletti.
Türk dünyasının birlik ve beraberliğinin güçlendirilmesine yönelik çabalarının Azerbaycan’da büyük takdirle karşılandığını vurguladı.
MHP Genel Başkanı Sayın Devlet Bahçeli, Cumhurbaşkanı Sayın İlham Aliyev’in gösterdiği yakın ilgi ve teşekkürlerinden dolayı şükranlarını ifade ederek, kendisine samimi selamlarının iletilmesini rica etti ve her zaman Azerbaycan’ın yanında olduğunu vurguladı.
Azerbaycan-Türkiye kardeşliğinin korunmasının ve dayanışmanın güçlendirilmesinin tüm Türk dünyasının ortak geleceği açısından stratejik önem taşıdığını, ülkelerimiz arasındaki ilişkilerin bundan sonra da karşılıklı saygı, eşit ortaklık, güven ve kardeşlik ilkeleri temelinde gelişmeye devam edeceğine olan inancını ifade etti. 🇦🇿🇹🇷
@MHP_Bilgi @Dbdevletbahceli
— Azerbaycan Büyükelçiliği Türkiye (@AzEmbassyTurkey) October 23, 2026
*** 20:21
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, görüş barədə partiyanın “X” sosial media hesabında video paylaşılıb.
Azerbaycan Büyükelçisi Sayın Reşad ASLANOV, Genel Başkanımız Sayın Devlet BAHÇELİ’yi ziyaret etti. https://t.co/ziTbpyXlZS
— MHP (@MHP_Bilgi) October 23, 2026