Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə geniş tərkibdə görüş keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında məlumat yayılıb.
Bildirilib ki, görüşdə Azərbaycan-Hindistan münasibətlərinin tam gündəliyi, o cümlədən siyasi dialoq, ticarət, investisiya, enerji, nəqliyyat, turizm, təhsil, elm və mədəni əməkdaşlığı müzakirə edilib.
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Limanının, Alat Sərbəst İqtisadi Zonasının və digər sənaye zonalarının təqdim etdiyi imkanlar da vurğulanıb.
Müzakirələr, həmçinin regional və beynəlxalq hadisələri, BMT, AİTƏŞ və ŞƏT çərçivəsində əməkdaşlığı əhatə edib.
C.Bayramov həmkarını Cənubi Qafqazdakı hadisələr, Azərbaycan-Ermənistan normallaşma prosesi, etimad yaratma tədbirləri barədə məlumatlandırıb. Azərbaycanın azad edilmiş ərazilərində bərpa işləri və davam edən mina təhlükəsi də müzakirə olunub. Nazirlər, həmçinin qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
***11:23
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə təkbətək görüşü keçirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayılıb.
Hazırda keçirilən görüşdə ikitərəfli gündəlik, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılır.
X X X
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qarşılayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
Daha sonra Azərbaycan və Hindistan XİN başçılarının təkbətək görüşü başlayıb.
Happening now:
Minister of Foreign Affairs of Azerbaijan Jeyhun Bayramov welcomed Minister of External Affairs of India Subrahmanyam Jaishankar @DrSJaishankar on the occasion of his visit to Azerbaijan @AzerbaijanMFA.
🇦🇿🇮🇳 https://t.co/ofR1NlBTTi
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) October 23, 2026