Sasun Mikayelyan


“Cəsur bir azərbaycanlı kəndə girib, biz isə bu yüksək tribunadan bütöv bir şou düzəltmişik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı, terrorçu “Yerkrapa” hərbi birliyinin rəhbəri Sasun Mikaelyan deyib.

O, bir Azərbaycan əsgərinin Ermənistanda bu qədər müzakirə edilməsinin anlaşılmaz olduğunu vurğulayıb.

“Yəqin Azərbaycanda düşünürlər ki, Nəsimi Musayev sərhədi keçdiyi üçün bütün Ermənistan qorxudan titrəyir”, – S.Mikaelyan bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayevin Zəngəzurun Şəki kəndində saxlanıldığı haqda Ermənistan rəsmi qurumları 1 oktyabrda məlumat yayıb. Onun bir erməninin evinə girdiyi, orada dincəldiyi, ev yiyəsi qadının ona hücum etdiyi, nəticədə qadına ayağından atəş açdığı, polisə isə müqavimət göstərmədən təslim olduğu deyilir.

2 oktyabrda N.Musayev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: