İranda SEPAH-a bağlı qüvvələrin mövqelərinə hücum edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” yazıb.
Bildirilib ki, bu gün səhər saatlarında Sistan və Bəluçistan əyalətinin Rask şəhərində silahlı qarşıdurma baş verib.
Məlumata görə, silahlı şəxslər Rask şəhərinin Parud bölgəsində yerləşən Mortan nəzarət-buraxılış məntəqəsində SEPAH-a bağlı “Fatemiyyun” qüvvələrinin mövqelərinə hücum ediblər. Həmin qüvvələrin Əfqanıstan mənşəli döyüşçülərdən təşkil olunduğu bildirilir.
Məlumata əsasən, qarşıdurma zamanı hər iki tərəf ağır silahlardan atəş açıb. Bir müddət davam edən atışmadan sonra hücum edən şəxslər ərazidən uzaqlaşıblar.
Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.