esas 11112

Oktyabrın 12-də Bakının bəzi məktəblərində hicab aksiyaları keçirilib. Bəzi valideynlərin əllərində plakatlar, şüarlar qışqıraraq etiraz aksiyası keçiriblər. Görüntülər sosial şəbəkələrdə yayılıb.

Öncə onu deyim ki, valideynlərin övladları ilə bağlı müəyyən narahatlıq keçirməsi, qaranlıq qalan suallara cavab axtarması başa düşüləndir. Lakin bu, qayda–qanun çərçivəsində, sakit və təmkinli şəkildə edildikdə keçərlidir. Bunun əvəzinə isə aqressiv, qəzəbli valideynləri görürük. Əvvəlcədən hazırlanmış plakatlar, istifadə edilən şüarlar və etiraz edənlərin qadınlar olması diqqət çəkir.

Plakatlar, çadralı qadınlar, uşaqlar və dini şüarlı çağırışlar bir araya gələndə ağla tək bir ölkə gəlir: İran.

Elə əvvəlcədən hazırlanmış plakatlar məsələsindən başlayaq. İran bundan əvvəl də ölkəmizə gizli yolla və müxtəlif vasitələrlə bayraqlar, plakatlar və köynəklər keçirib, ya da cəhd edib. Hətta əvvələr təşkil edilən aksiyalarda bunlardan istifadə olunub. Xatırlayıram, bir neçə il öncə İran diplomatik korpusuna məxsus avtomobillərdən biri sərhədi keçərkən avtomobildən aparılan axtarışdan sonra belə plakatlar ələ keçirilmişdi.

Uşaqlar məsələsinə gəldikdə isə, ümumiyyətlə, İran bu kimi kampaniyalarda hər zaman uşaqlardan istifadə edir. İstər İran–Azərbaycan münasibətlərinin gərgin olduğu dövrdə, istərsə də ABŞ–İran gərginliyinin ilk vaxtlarında çadralı və hicablı uşaqlardan istifadə edilərək İrana və bu ölkənin dini liderinə dəstək nümayiş etdirilmiş, radikal çağırışlar edilmişdi. Hətta bir dövr məşhur olan “Salam Fərmande” mahnısı da uşaqların iştirakı ilə oxunur, kliplər çəkilir və İrana dəstək görüntüsü yaradılırdı. Təəssüf ki, bugünkü etiraz o zaman edilmir, çıxan səslər o zaman bunu sorğulamır, normal bir hal kimi qəbul edirdi.

Bu prosesdə bəzi hicablı müəllimlər də sosial şəbəkələrdə bənzər çıxışlarla dəstək nümayiş etdirmişdilər. Hətta Mərkəzi Aran bölgəsində, Yevlax şəhərindəki Sahib Əliyev adına 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Nailə Babayeva bu prosesdə iştirak etmiş, uşaqlara bəhs edilən məzmunda video çəkdiyinə dair öz paylaşımında açıq şəkildə qeyd etmişdi. Təəssüf ki, o vaxt da bu və bu kimi “müəllimlərə” vətəndaş etirazı bugünkü kimi olmamışdı.

WhatsApp Image 2026 10 12 at 14.15.44

Bütün bunları nəzərə alıb məsələyə gəlin bir daha baxaq. İllərdir İranın təsir qruplarına qarşı aramsız və sistemli əməliyyatlar aparılsa da, təhlükənin davam etdiyi, hər an partlamağa hazır gizli hüceyrələrin olduğu görünür. Məsələn, sosial şəbəkələrdə son günlər açıq şəkildə vətəndaş itaətsizliyinə, aksiyaya çağrışlar edilir. Bu çağrışları edən profillərə baxdıqda əksəriyyətinin bot, trol olduğunu görmək mümkündür. Lakin buna baxmayaraq bəzi belə profillərin bir neçə gün ərzində 1000-dən artıq paylaşım etdiyi, 300-dən çox rəy yazdığı görünür.

Diqqətimi çəkən paylaşımlardan biri də milli valyutamızın üzürinə etiraz şuarlarını yazma təşfiqidir.

İstər sosial şəbəkələrdəki paylaşımlar, istərsə də bu gün səhər saatlarında qəzəbli və əvvəlcədən hazırlanmış plakatlarla məktəblərə axın edən valideynlər onu deməyə əsas verir ki, proseslər əvvəlcədən hazırlanmış planın aktivləşdirilməsidir. Və bu proses əsla təbii deyil, kənardan, qonşu ölkələrdən, əsasən də İrandan təşkil və idarə olunur.

İran bütün gücü ilə hicab mövzusunu provokasiya edir, bundan sui-istifadə edərək Azərbaycanı qarışdırmağa çalışır. Bu prosesin mərkəzində dayanan güc mərkəzlərindən biri də SEPAH-dır. Məsələyə SEPAH qarışıbsa, demək, söhbət hansısa dini, islamı dəyərlərdən getmir. Burda İranın maraqları və hədəfləri əsas götürülür. SEPAH-ın Azərbaycana qarşı münasibətini iki amillə xatırladaq:

2022-ci ilin bu günlərində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Azərbaycanla sərhədə qoşun yığıb, təlimlərə başlamışdı. Bu hərbi struktur təlimlərdə Azərbaycana hücumu imitasiya edirdi.

Bu ilin martın 5-də Naxçıvan aeroportu, məktəb İranın dron hücumuna məruz qalmışdı. Bu terror hərəkətinin arxasında da SEPAH-ın dayandığı şübhə doğurmur. Qurum bunu açıq şəkildə etiraf etmişdi.

turan rzayev 1 900x720 1

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: