medeniyyet

Bir qədər əvvəl hazırda mədəniyyət naziri vəzifəsini icra edən Adil Kərimlinin əmri ilə fəaliyyətində ciddi nöqsanlar aşkarlanmış 30-dan çox rəhbər şəxs və əməkdaşın işdən çıxarılması haqda məlumatlar yayılmışdı. Həmin şəxslərin arasında nazirin müşaviri Fuad Məmmədovun da adı yer alıb.

Məsələ ilə bağlı Fuad Məmmədov Globalinfo.az-a bu xəbərin doğru olmadığını bildirib.

O, işdən çıxarılmadığını, sadəcə, vəzifəsinin dəyişdirildiyini deyib.

Fuad Məmmədov hansı vəzifəyə təyin olunması ilə bağlı sualımıza cavab verməyib.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: