Ukraynadakı vəziyyətin daha da ağırlaşması Avropaya milyonlarla ukraynalının yeni miqrasiya dalğasına səbəb ola bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalının məlumat yayıb.
Nəşr yazır ki, Ukraynanın iqtisadi və institusional imkanlarının zəifləməsi fonunda ölkəni tərk edənlərin sayında artım gözlənilir. Eyni zamanda, Avropa İttifaqının Kiyevin büdcə kəsirini azaltmasına yönəlmiş dəstəyi müəyyən iqtisadi çətinliklər də yarada bilər.
Jurnal buna nümunə kimi Ukrayna idxalına təsir göstərən karbon tariflərini göstərib və bu siyasətin ölkə iqtisadiyyatına əlavə təzyiq yaratdığını qeyd edib.
Daha əvvəl Avropa Komissiyasının sözçüsü Markus Lammert Aİ-yə gələn ukraynalıların, o cümlədən kişilər və qadınların hərbi xidmətdən yayınmadıqlarını təsdiqləməli olduqlarını bildirib.
Nəşrin məlumatına görə, bəzi Aİ ölkələrində miqrasiya xidmətləri hərbi xidmət öhdəliyi olan ukraynalı qadınlardan da bununla bağlı təsdiq tələb etməyə başlayıb.
Tahir Turan
Globalinfo.az