Pakistanda üç şəxsin təcavüzünə məruz qaldığı bildirilən Azərbaycan vətəndaşı Diana Bağıyeva Bakıya gəlib.
Globalinfo.az xəbər verir ki, onun Azərbaycana qayıdışı polis əməkdaşlarının müşayiəti ilə həyata keçirilib.
Diana Bağıyevanın oktyabrın 3-də Pakistanı tərk etməsi nəzərdə tutulsa da, səfər bir gün gecikib.
Beləliklə, o, oktyabrın 4-də Pakistandan ayrılaraq Bakıya yola düşüb.