adsea 0

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bu gün Samux Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Samux, Gəncə, Kəlbəcər və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Globalinfo.az xəbər verir ki, qəbuldan öncə Zaur Mikayılov və Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Z.Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, subartezian quyularının təmiri, içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

7608211f deca 447f 994f 8506c44f911a
a73c2a73 a84d 41fa b923 af123a15c5a6
424f8f3f ac68 4f77 abfb f28f2ec9a258
6e0a8669 5e6e 4579 938d 927edf468ba6
25ef09bf acbc 45f2 bec5 5db6b0b01848
400c1835 ef3a 4a2f 8ca2 932612e0e35d
5abe9eeb f97e 4772 8599 ee8d384ec138
bc61fb0e a5e9 43bd 9c67 2235be8d25fa

Paylaş: