banco.az XB AVTOKREDIT

Xalq Bank avtomobil sahibi olmaq istəyən müştərilər üçün yeni kredit kampaniyasına start verir.

Globalinfo.az bildirir ki, kampaniya müddəti ərzində müştərilər avtomobil alışı üçün sərfəli şərtlərlə 250 000 AZN-dək kredit məbləğindən yararlana bilərlər. Kredit 59 ayadək müddətə və müddətdən asılı olmayaraq illik 12 %-lə təqdim olunur.

Qeyd edək ki, kampaniya çərçivəsində ekoloji nəqliyyat vasitələrinə üstünlük verən müştərilər üçün də sərfəli şərtlər təqdim edilir. Belə ki, elektrik mühərrikli avtomobil almaq istəyən şəxslər illik 12 %-lə kreditlə yanaşı, 20 % ilkin ödəniş imkanından da yararlana bilərlər.

Kampaniya 31.05.2027-ci il tarixinədək davam edir.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Paylaş: