“Məhkumların notariat və tibbi xidmətlərlə də bağlı müraciətləri qanunvericiliyə uyğun təmin olunub”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının məlumatında bildirilib.
“Sonuncu dəfə notariat xidməti ilə bağlı Arayik Arutyunyanın müaraciəti icra olunmuş və başçəkmə gününə təsadüf etdiyindən Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən də bu xidmətin icra olunduğu yerində müşahidə olunmuşdur”, – məlumatda bildirilib.
