lamin yamal 1000x500 1

“Barselona”nın gənc hücumçusu Lamin Yamal şəxsi rekordunu ikinci dəfə təkrarlayıb.

Globalinfo.az xəbər verir ki, 19 yaşlı futbolçu La Liqanın VI turunda “Rasinq”ə qarşı keçirilən qarşılaşmada fərqlənərək ardıcıl beşinci matçında qol vurub.

Kataloniya təmsilçisinin 7:2 hesablı qələbə qazandığı görüşdə komandasının son qolunu Yamal rəqib qapısından keçirib. Bununla da ispan futbolçu karyerasında ikinci dəfə ardıcıl 5 oyunda qol vurmaq seriyasına imza atıb.

Qeyd edək ki, Yamal “Rasinq”lə matçdan əvvəl “Rayo Valyekano” və “Valensiya” ilə oyunlarda dubl edib, həmçinin “Feyenoord” və “Levante” ilə qarşılaşmalarda da qol sevinci yaşayıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: