1c655f49 c30c 3509 a68a 81873c453d7f 1200

Sabah Bakının Sabunçu və Xətai rayonlarının qazla təchizatında qısamüddətli fasilə yaranacaq.

Globalinfo.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşana qədər Bakının Sabunçu rayonunun R. Axundov, Oktyabr, N. Zeynalova küçələrinin, Yeni yaşayış massivinin, Xətai rayonunun M.Hadi , A.Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin və Babək prospektinin qazla təchizatı dayandırılacaq.

Paylaş: