Kolumbiyada Boqota şəhərindən olan tələbə Medellində keçirilən yarımmarafonda dünyasını dəyişib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Need To Know” məlumat yayıb.
Bildirilib ki, 20 yaşlı Xuliana Avila Sauda sentyabrın 6-da 21 kilometrlik yarışda iştirak edib.
Finişə təxminən 5 kilometr qalmış qız huşunu itirib.
Həkimlər bir gün ərzində onun həyatını xilas etməyə çalışsalar da, bunu bacarmayıblar.
Xuliana sentyabrın 7-də axşam saatlarında vəfat edib.
Xəstəxanadan bildirilib ki, reanimasiya zamanı qızın ürəyi üç dəfə dayanıb və hər dəfə onu həyata qaytarmaq mümkün olub. Onun əvvəllər heç bir sağlamlıq problemi müşahidə edilməyib.
Məlumata görə, Xuliana Boqotada tibb ixtisası üzrə təhsil alırdı və Kolumbiyanın vitse-prezidenti Xose Manuel Restreponun böyük oğlu ilə sevgili olub.
Ölkə Prezidenti Abelardo de la Espriella da qızın ailəsinə başsağlığı verib.
Əliyar Xəlil
Globalinfo.az