İsrail ordusu Suriyanın Ayn əş-Şaara və Harbun rayonlarına zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al-Arabiya” məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində bəzi ərazilərdə partlayışlar baş verib:
“Atəş işğal altındakı Qolan təpələrindəki mövqelərdən həyata keçirilib. Mərmilər Dəməşqdən 55 kilometr cənub-qərbdə yerləşən Beyt-Cin şəhərinin ətrafına da düşüb”.