hovuz1

Bərdədə 2 yaşlı uşaq hovuzda boğularaq ölüb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bərdə şəhəri M.P. Vaqif küçəsində baş verib.

Belə ki, 2024-cü il təvəllüdlü Ə. M (Ad şərtidir) valideynlərinin nəzarətindən yayınaraq həyətə çıxıb.

Azyaşlı həyətdə ehtiyat su toplamaq üçün nəzərdə tutulan hovuza düşüb və boğularaq ölüb.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: